Tələbələrin köçürülməsi prosesinə START 

17:45 09.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunur.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən hafta.az-a bildirilib ki, elektron müraciətlərin qəbulu iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.

Tələbələrin köçürülməsi ilə bağlı müəyyən edilmiş qaydalar, tələb olunan sənədlər və digər zəruri məlumatlarla buradan tanış ola bilərsiniz.