Təmkin Xəlilzadə "Zirə" ilə ikiillik müqavilə imzalayıb

09:35 26.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Sabah" klubundan ayrılan Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə "Zirə" komandasına qayıdıb.

Hafta.az "Zirə"nin rəsmi saytına istinadla xəbər verir, cinah oyunçusu ilə ikiillik müqavilə imzalanıb.

Qeyd edək ki, 2015-2017-ci illərdə də "Zirə"nin formasını geyinmiş 28 yaşlı müdafiəçi daha əvvəl "Qarabağ", AZAL, "Qəbələ" və "Sabah"da çıxış edib. O, yığmada 22 oyuna çıxıb və 3 qol vurub.