Terrorun əsas mənbəyi maliyyədir - Siyavuş Novruzov

11:59 29.03.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Terrorun əsas mənbəyi maliyyədir. QHT, media, siyasi təşkilatların maliyyə mənbəyi şəffaf olmalıdır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov “Fövqəladə vəziyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Deputat qeyd edib ki, bu gün dünyada təhlükəszilik məsələləri birnömrəli zərurətə çevrilib. Çünki bir ölkə vətəndaşın təhlükəsizilik hüququnu təmin edə bilmirsə, digər hüquqları təmin edə bilməz.

“Azərbaycan 44 günlük müharibədə və ondan sonra aparılan antiterror tədbirləri ilə ölkəmiz, xalqımız üçün yarana biləcək təhlükələrin qarşısını aldı. Bu gün dünyanın mötəbər beynəlxalq tədbiləri Azərbaycanda keçirilir. COP29-un Azərbaycanda keçirilməsi qərarı ölkədəki sabitliyin, inkişafın, gücün nümayişidir”.