Tərtərdə məsciddə toplaşanlar cərimələnib - FOTO

16:09 30.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtər şəhərində məsciddə toplaşanlar saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları  xidmət aparan zaman Tərtər şəhəri ərazisində yerləşən məsciddə bir qrup şəxsin toplaşaraq "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və orada olan 9 nəfər Polis Şöbəsinə gətirilib. Karantin qaydalarını pozan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Sosial rubrikasından digər xəbərlər