Teymur “Opera Euro Rapid” turnirində 3-cü yer uğrunda ilk görüşdə rəqibini məğlub edib

23:50 13.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Champions Chess Tour” seriyası çərçivəsində “Opera Euro Rapid” turnirinin 3-cü mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov fransalı Maksim Vaşye-Laqrav ilə 3-cü yer uğrunda ilk qarşılaşmanı keçirib.

Hafta.az xəbər verir ki, şahmatçımız fransalı rəqibini 1-ci matçda məğlub edib - 2,5:1,5.

Sabah cavab oyunları keçiriləcək. İki gün ərzində keçiriləcək oyunlarda qalib müəyyənləşməsə tay-breyk oynanılacaq.

Bu gün, həmçinin turnirin final oyununun 1-ci matçında hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ABŞ təmsilçisi Uesli So ilə heç-heçə edib - 2:2.