Teymur Rəcəbov Aronyanı ilk görüşdə məğlub etdi

21:45 02.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün onlayn blits şahmat üzrə “Airthings Masters” turnirində final görüşlərinə start verilib.

Hafta.az-ın məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov və Ermənistan təmsilçisi Levon Aronyan bu gün ilk matçda qarşılaşıblar.

4 oyundan ibarət qarşılaşmada Teymur qalib gəlib – 2,5:1,5.

Sabah Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək. Çempion olmaq üçün şahmatçımıza heç-heçə də kifayətdir.

Qeyd edək ki, turnirin qalibi 60 min dollar qazanacaq.