Yazını böyüt
Yazını kiçilt
Bu gün “Champion Chess Tour” çərçivəsində start götürəcək “Airthing Masters” turnirində azərbaycanlı qrossmeyster Teymur Rəcəbov ilk günün oyunlarında mübarizə aparacaq.
Hafta.az xəbər verir ki, şahmatçımız ilk turlarda Daniil Dubov (Rusiya), David Guijarro (İspaniya), hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç) və Aniş Giri (Hollandiya) ilə oynayacaq.
Turnirin ilk üç günü ərzində keçiriləcək oyunlarda 12 iştirakçı arasında pley-offda mübarizəni davam etdirəcək ən güclü səkkizlik müəyyənləşəcək.
Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.