Tiaqo Alkantara karyerasını "Bavariya"da davam etdirəcək

12:57 06.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bavariya"nın yarımmüdafiəçisi Tiaqo Alkantaranın taleyinə aydınlıq gəlib. Ulduz futbolçu karyerasını Münhen klubunda davam etdirəcək.

Tərəflər arasında yeni müqavilə imzalanması razılaşdırılıb. Bütün şərtlərdə ortaq məxrəcə gəlinib, yalnız rəsmi sənədə qol çəkmək qalıb. Bundesliqa bərpa edildikdən sonra İspaniya millisinin üzvü yeni uzunmüddətli saziş imzalayacaq.

Qeyd edək ki, Tiaqo Alkantaranın "Bavariya" ilə hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdir.