Ticarət mərkəzindən oğurluq edən şəxslər saxlanılıb

17:04 10.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaradağ rayonunda yerləşən ticarət mərkəzi və marketlərin birindən oğurluqlar edilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Hafta.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 27 yaşlı F.Rəsulov, A.Səfərov və 43 yaşlı A.Tağıyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalar aparılır.