“Tik-Tok” ulduzları da Ukraynanı müdafiə edəcək

10:47 12.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağ Ev rəsmiləri 30-a yaxın nüfuzlu "TikTok" istifadəçisilə ABŞ-ın Ukrayna ilə bağlı son mesajları barədə məlumat verilməsi üçün şəxsi zoom brifinqi keçirib.

Hafta.az xəbər verir ki, brifinqi Ağ Evin mətbuat katibi Cen Psaki və Milli Təhlükəsizlik Şurasının müşaviri Mett Miller təşkil edib.

Bir neçə sosial media ulduzu bundan sonra Ukrayna haqqında yazılar yazmağa davam edib. "Vaşinqton Post"un yazdığına görə, görüş ABŞ-ın regiondakı strateji məqsədləri, məsələn, Rusiyanın nüvə eskalasiyasına necə cavab verəcəyi və yardımların necə xərcləndiyi kimi mövzuları əhatə edib.