Tovuzun bir sıra kəndlərində elektrik təsərrüfatı yenilənir

19:49 16.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuzun Göyəbaxan və Aşağı Quşçu kəndlərinin köhnəlmiş elektrik şəbəkələri yenidən qurulur.

“Azərişıq” ASC-dən Hafta.az-a bildiriblər ki, Göyəbaxan kəndində istismar müddətini başa vurmuş dayaqlar və elektrik xətləri, eləcə də sayğaclar yeniləri ilə əvəz olunub. Həmçinin kənddə müasir tipli 2 Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb.

Aşağı Quşçu kəndində yerləşən Qaradaş yaşayış massivinin elektrik təsərrüfatının yenilənməsi məqsədilə 0,4 kV-luq müasir tipli kompozit dayaqlar basdırılır, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, sayğaclar yenilənir. Əhalinin elektrik enerjisinə artan tələbatı nəzərə alınaraq yaşayış massivində 4 yeni güc mərkəzinin quraşdırılması nəzərdə tutulub. Rayonun Çobansığnaq, Nəmxoş və Sarıtala kəndinin də elektrik şəbəkəsi yenilənəcək.