Tramp: İranın dron hücumu atəşkəs sazişinin pozulmasıdır

20:30 26.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran İslam Respublikası Hörmüz boğazından keçən gəmilərə ən azı dörd kamikadze dronu atıb. 

Hafta.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

O deyib ki, dronlardan biri böyük və çox bahalı yük daşıyan gəminin möhkəm şəkildə yuxarı göyərtəsinə dəyib.

“Zərər dəyib, amma gəmi yoluna davam edə bilib. Biz digər üç dronu vurduq. Aydındır ki, bu, atəşkəs sazişimizin ağılsızcasına pozulmasıdır”, - deyə o bildirib.