Triatlon üzrə Dünya Kuboku Bakıda keçirilə bilər

20:00 21.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Fərid Fərhadzadə Madriddə Dünya Triatlonu təşkilatının prezidenti Marisol Casado və baş katibi Antonio Arimany ilə görüşüb.

Federasiyadan hafta.az-a bildirilib ki, görüşdə Azərbaycanda triatlonun inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Beynəlxalq qurumun bu il ölkəmizdə triatlon məşqçiləri üçün seminar keçirməsi ilə bağlı razılıq əldə edilib. Müzakirələrin əsas mövzusu 2025-ci ildə triatlon üzrə Dünya Kubokunun Bakıda təşkil edilməsi olub.