Türk dili Kosovo parlamentinin İKİNCİ İŞLƏK DİLİ OLUR

14:40 17.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Bu gün Kosovo parlamenti Rəyasət Heyətinin iclasında, türk millət vəkilləri parlamentə türk-alban dilində tərcüməçinin işə qəbulu üçün iş elanı verilməsi tələbi səsləndirib. 
 
 
Hafta.az-ın yazdığına görə, bu barədə məlumatı parlamentin üzvü Enis Kervan bildirib. İclasda "Xahiş edirəm başa düşək ki, qanuni və işlək nizamnamə hüquqlarımız nəticəsində parlament işlərində, məclis və komissiya iclaslarında türkcə danışmaq üçün təcili tərcüməçiyə ehtiyac var və bu problem ən qısa vaxtda həll olunmalıdır. Bu məsələ illərdir təxirə salınır, bu hallara son qoyulmalıdır", - deyən E.Kervan bildirib ki, onları tələbi parlament sədrinin müavini, vitse-prezidentlər, komitə sədrləri tərəfindən dəstəklənib.
 
"Artıq parlament sədri türkcə tərcüməçinin işə qəbulu məsələsini yoluna qoymaq üçün müavini səlahiyyətləndirib", - deyib cənab Kervan. 
Siyasət rubrikasından digər xəbərlər