Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qəbul etdiyi qanunu imzaladı. Azərbaycana göndəriləcək türk hərbçilər Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanata əsasən, Rusiya ilə Türkiyə arasında yaradılması qərara alınan atəşkəsin monitorinq mərkəzində 1 il müddətinə fəaliyyət göstərəcəklər. Bununla da Türkiyə ordusunun Azərbaycanda, xüsusilə də Qərb dünyasını “ciddi narahat edən” Qarabağ münaqişəsi bölgəsində yerləşməsinin önü açılmış oldu.
Heç kimə sirr deyil ki, Türkiyə Azərbaycanla qardaş, necə deyərlər, “bir millət, iki dövlət”in bir hissəsidir. Bəs Fransa, ABŞ və başqaları niyə Türkiyənin Qarabağ bölgəsinə, Rusiya isə ümumiyyətlə, Azərbaycana gəlişindən narahatdır? Türkiyənin güclü füqur olduğumu qorxudur onları?

Bu yerdə qeyd edək ki, Qarabağda 44 gün davam edən müharibə və noyabrın 10-dan sonrakı dövrdə qardaş Türkiyənin bölgəmizdə gedən proseslərə əsas təsir gücü olduğunu bir daha təsdiqləndi. Bir çoxları bunun üçün ölkənin çox güclü iqtisadi və hərbi qüvvəyə sahib olmalı olduğunu iddia edir. Bu səbəbdən də qardaş Türkiyənin hərbi qüvvələrinin nəyə qadir olduğunu bilmək bizim də marağımıza səbəb oldu deyə, kiçicik araşdırma apardıq. İndi də, əldə etdiyimiz nəticələrə diqqət yetirək.
Bu gün Türkiyə dövləti ümumi hərbi qüvvələrinə görə dünya orduları arasında 11-cü (ötən il 8-ci), NATO-da isə 4-cü yerdədir (ABŞ, Fransa və Böyük Britaniyadan sonra).

Budəfəki siyahıda, hesablama aparan şirkətin 9 və 10-cu pillədə qərarlaşan ölkələrin – Braziliya və Misirin gücünün necə hesablaması sual yaradır. Çünki bütün məlumatlar bu iki ölkənin hərbi sahədə türkiyədən zəif olduğuna işarə edir. Amma şirkət bildirir ki, Braziliyada bir əsgərin saxlanma xərci çox aşağı olduğu üçün, ordunun siyahıda yerini yüksəldir. Misirlə bağlı isə heç bir inandırıcı fakt göstərilmir.
Türkiyə əhalisinin sayı, yuvarlaq göyürsək, 85 milyon nəfədir. Ölkədə hərbi yararlığı olan kişilərin sayı 35,1 milyon nəfərdir. Bu da onu deməyə əsas verir ki, dövlət zərurət yarandığı təqdirdə səfərbərlik elan edərsə, orduda əsgərlərin sayını 35,1 milyonadək yüksəldə bilər.
Bu yerdə qeyd edək ki, ön və arxa cəbhələrdə olmaqla, Türkiyənin insani gücü 42 milyon nəfərdən artıqdır.

Konkret olaraq orduya gələk. Bir neçə qoladan ibarət Türk ordusunun ümumi sayı 735 min nəfərdir. Bunun da 356 min nəfəri istənilən an döyüş meydanına çıxarıla biləcək aktiv hərbçilərdir.
Türkiyə ordusu Quru Qoşunları, Hərbi Hava qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Bu gün Hərbi Hava Qüvvələrinin balansındakı təyyarələrin ümumi sayı 1067-dir. Quru Qoşunlarının balansında 3,8 min döyüş tankı, 9,5 min zirehli döyüş maşınları var. Bir az da detallı yanaşsaq, quru qoşunlarının balansında özüyeriyən və mexaniki toplarının sayı - M115 topu 155 ədəd, M114 topu 535 ədəd, M116 topu 180 ədəd, T-155 Fırtına özüyeriyən top 285 ədəd, M 52T özüyeriyən toplar 363 ədəd, M 108T özüyeriyən toplar 25 ədəddir.

Tanklardan “Leopard 1” tankı 391 ədəd, M48A5T2 tankı 758 ədəd, BMC 380-26 P 403 ədəd, M60A3 TTS tankı 619 ədəd, M60A3 tankı 752 ədəd, M60T tankı 170 ədəd, M60A1 RISE Passive tankları 104 ədəd, M48A5T1 tankı 619 ədəd və sairdir (ümumi sayı 3816 ədəd). Hərbi Dəniz Qüvvələri isə müxtəlif növ 196 döyüş gəmisi və 14 sualtı qayıqdan ibarətdir.

Amma bunlar heç də son deyil. Çünki ümumi rəqəmlər yeni deyil. Bu gün türkiyə öz milli silahlarını istehsal etməkdədir. Yaxın illərdə yerli milli istehsalın inciləri olacaq 5-ci nəsil döyüş təyyarələri, daha müasir helikopterlər, insansız hava döyüş vasitələri, orta və uzaq mənzilli raketlər, Altay tankları, MİLGEM-in istehsal etdiyi müasir döyüş gəmiləri və sair ordunun gücünə güc qatacaq. Bu gün Türk Silahlı Qüvvələrinin balansında olan hərbi-texniki vasitələr son model olmaqla, əsasən ABŞ, Almaniya, Britaniya istehsalıdır. Yüksək döyüş qabiliyyətli bu vasitələr birmənalı şəkildə NATO standartları əsasında istehsal olunub. Hətta bir az köhnəlmiş hərbi texnikaların müasirləşdirilməklə döyüş qabiliyyəti yüksəldilməkdədir. Bu gün Silahlı İnsansız Hava Vasitələri (SİHA) Türk ordusunu döyüşlərdə irəli aparan avanqarda döyüş vasitəsinə çevrilib. Hazırda Türk Silahlı Qüvvələrinin envanterində yalnız Bayraktar TB2 markasından olan 140-dan çox SİHA-nın olduğu bildirilir. Bu gün Türkiyənin yerli və milli istehsalı olan ATAK döyüş helikopterləri dünyanın ən böyük sərgilərində rəğbət qazanmaqdadır. Bu gün Türk istehsalı olan 250-300 kilometr məsafədəki hədəfi sərrast vera bilən raketlər, smartfon – idarə olunan bombalar xarici ölkələrə ixrac edilməkdədir. Bu gün dünyanın fərqli coğrafiyaalrında yerləşən 13 ölkədə hərbi bazası olan Türkiyə ordusu artıq lazer silahlarla döyüş qabiliyyətini artırmaqdadır.