Türk ordusu terrorun qarşısını aldı

22:51 30.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Silahlı Qüvvələri (TSQ) terrorun qarşısını alıb.

Hafta.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyanın Tel-Abyad bölgəsindən cənub-şərqdəki Eyn əl-Arus kəndində bombalı hücumun qarşısı alınıb.

Türkiyə Müdafiə Nazirliyi məlumatına görə, avtomobil vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan hücumun TSQ-nin bölgədəki nəzarət məntəqəsi tərəfindən qarşısının alındığı bildirilib.

Türkiyə MN-nin yaydığı məlumatda kənddən kənarda baş tutan bombalı hücum nəticəsində isə 6 mülki vətəndaşın yaralandığı qeyd edilib.