Türkiyə-Azərbaycan əlaqələri qara qüvvələrə yönəlmiş ciddi mesajdır - RƏY

11:23 21.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Zəngilanın işğaldan azad olduğu gün  Zəngilanda növbəti  Hava Limanının açılması böyük  əhəmiyyətə malik olan bir hadisədir. Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə müasir tipli Beynəlxalq aeroportların  tikilərək istismara verilməsi Azərbaycan Respublikasını hansı iqtisadi potensiala malik olmasının bariz göstəricisidir.  Qarabağ  zonasında gələcəkdə  üç hava limanının fəaliyyət göstərməsi , bu regionun istər iqtisadi, istərsə də geostrateji cəhətdən nə qədər mühüm əhəmiyyətli olduğunu göstərir”.

Bunu hafta.az-a AKP sədri Rauf Qurbanov bildirib.

Partiya sədri bildirib ki, Azərbaycan prezidenti  ilə yanaşı  qardaş Türküyə Respublikasının prezidenti  Tayyib  Ərdoğanın da  Zəngilan Beynəlxalq Hava limanının açılışında iştirak etməsi dövlətlərimiz arasında münasibətlərin nə qədər  sıx və yaxın olduğunu təsdiq edir. 

“Türküyə və Azərbaycan Respublikaları arasında bu cür  mehriban və dostluq əlaqələrinin olması xalqımızın gələcək rifahını istəməyən qara qüvvələrə yönəlmiş ciddi mesajdır”.

R.Qurbanov belə bir ərəfədə İran İslam Respublikasının Araz çayının yaxınlığında hərbi təlim keçirməsinə gəlincə, bildirib ki, nəzərə almaq lazımdır ki, öz sərhədləri çərçivəsində  təlim keçirmək  hər bir dövlətin müstəsna hüququdur. Azərbaycan da eyni ilə İranın dövlət  sərhəddinə yaxın ərazidə istədiyi vaxt hərbi təlimlər keçirə bilər.

“Mən,  Azərbaycanı əhatə edən dövlətlərlə, o cümlədən Cənib qonşumuzla  münasibətlərimizin  gərginləşməsinin tam əlehinəyəm və hesab edirəm ki, buna hər iki tərəfdən cəhd göstərən  qüvvələr düşmən dəyirmanına su tökürlər.

 Azərbaycan və İran prezdentlərinin  apardıqları siyasətə uyğun olaraq,  iki qonşu  dövlət arasında mehriban və işgüzar əlaqələrin olması, regionda sülhün və əmin-əmanlığın daha da möhkəmlənməsinə və sabitliyin davamlı olmasına  xidmət edir”.

Siyasət rubrikasından digər xəbərlər