2003-cü ildə Türkiyənin beynəlxalq uçuş istiqamətlərinin sayı 50 ölkədə 60 istiqamətə olduğu halda, bu il 130 ölkədə 343 istiqamətə uçuş həyata keçirilir. Daxili uçuşların uçduğu şəhərlərin sayı da 26-dan 57-yə yüksəlib.
Hafta.az-ın yazdığına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatında deyilir. Nazirlik bildirib ki, Türkiyə mülki aviasiyaya qoyulan sərmayələr və tənzimləmələr sayəsində bu sahədə dünya ortalamasının üzərində artım performansı göstərib.
Türkiyə mülki aviasiyasının inkişafı üçün 20 il ərzində edilən investisiyalarla beynəlxalq uçuş nöqtələrinin sayı 130 ölkədə 343 istiqamətə yüksəlib.
Müqavilə və danışıqlar nəticəsində 2003-cü ildə 50 ölkədə 60 olan beynəlxalq uçuş istiqamətlərinin sayı bu il 472 faiz artaraq 130 ölkədə 343 istiqamətə çatıb.
Bildirilir ki, 2003-cü ildə Türkiyə aviasiyasının hava daşımaları müqaviləsi bağladığı ölkələrin sayı 81 idisə, bu il bu rəqəm 173-ə çatıb.
Yeni tikilən hava limanları ilə ölkədaxili marşrutlarda xidmət göstərən istiqamətlərin sayı 26-dan 57-yə yüksəldib.
Türkiyənin mülki aviasiya sektorunda sərnişin və yük daşıyan 12 aviaşirkət var. 2003-cü ildə 162 olan təyyarələrin sayı 2022-ci ilin sonunda 269 faiz artaraq 598-ə çatıb. Oturacaq tutumu yüzdə 310 artaraq 27599-dan 113054-ə yüksəlib.
Yükgötürmə qabiliyyəti 783 faiz artaraq 303 tondan 2675 tona yüksəlib.
9 milyon 147 min 439 olan daxili xəttlərdə sərnişin axını, keçən ilin sonu etibarilə 78 milyon 670 min 30-a yüksəlib. Beynəlxalq xətlərdə 2003-cü ildə 25 milyon 296 min 216 sərnişin daşınması 2022-ci ilin sonuna qədər 182,3 milyonu keçib. Bu ilin avqust ayının sonuna olan məlumata görə, 143 milyon 359 min 903 nəfər hava nəqliyyatı ilə səyahət edib.
Ümumi təyyarə trafiki 2003-cü ildə 529205 ikən, keçən ilin sonunda 1 milyon 883 min 186-ya çatıb.