Türkiyə Prezidenti Azərbaycanı müstəqilliyinin bərpası günü münasibətilə təbrik edib

22:48 18.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təbrik edib.

Hafta.az xəbər verir ki, Türkiyə Prezidenti bu barədə özünün twiter səhifəsində yazıb.

“Aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, teleyi taleyimiz, kədəri kədərimiz can Azərbaycanı 18 Oktyabr Müstəqilliyinin Bərpası Gününü səmimi qəlbdən təbrik edirəm”, - deyə Türkiyə liderinin təbrikində qeyd olunub.

Türkiyənin dövlət başçısı paylaşımına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə fotosunu da əlavə edib.

Oxunma sayı 16