Türkiyə Superkuboku: “Qalatasaray” – “Fənərbağça” matçı baş tutmayıb

23:15 07.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Superkubokunun finalında “Qalatasaray” – “Fənərbağça” matçı baş tutmayıb.

Hafta.az xəbər verir ki, “Fənərbağça” oyunu yarımçıq tərk edib.

Türkiyə Futbol Federasiyasının qərarları ilə razılaşmayan “Fənərbağça” oyuna U-19 komandası ilə çıxıb. Birinci dəqiqədə “Qalatasaray” hesabı açdıqdan sonra “sarı lacivərdlilər” meydanı tərk ediblər.

Qeyd edək ki, federasiya oyunun nəticəsi ilə bağlı qərar verəcək.