Türkiyə və Azərbaycan bir yerdədir – Rəy

11:57 21.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Zəngilan Hava Limanının açılışı bir daha bəyan etdi ki,  Türkiyə və Azərbaycan bir yerdədir. Bu fikirləri hafta.az-a siyasi şəhrçi, Əli Mustafa bildirib.

“Zəngilanın azad olunduğu gün Azərbaycan və Türkiyə Prezidentlərinin görüşməsi həm də o anlamı ifadə edir ki, azad olunmuş Azərbaycan əraziləri daha çox bu birliyin nəticəsində mümkün olub. Bəzən İran bizə qarşı “sionist rejim”lə bağlı hədələr edir.

Və bu görüş həm də onu ifadə edir ki, burda sionist rejim deyil, Azərbaycanla Türkiyə var”.

Onun fikrincə, regional layihələrin Azərbaycanın ərazilərindən keçdiyini nəzərə alsaq, bu hava limanlarının yüksək əhəmiyyətini ortaya qoyur”.

Siyasət rubrikasından digər xəbərlər