Türkiyədə komando kursunu bitirən hərbçilərimiz vətənə qayıdıblar

13:24 31.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin Sparta şəhərində keçirilən növbəti komando kursunu bitirən hərbi qulluqçularımız vətənə qayıdıblar.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.

Çıxış edənlər məzunları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar.

Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti heyət komando kursunda iştirak etmək üçün Türkiyənin Sparta şəhərinə yola salınıb.