Türkiyədə Qara dəniz sahilində PUA aşkarlandı

11:28 05.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə Zonquldağda Qara dəniz sahilində pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

Hafta.az xəbər verir ki, bu barədə “İhlas” agentliyi məlumat yayıb.

Polis PUA-nın aşkarlandığı Çaycuma rayonunun Filyos qəsəbəsində Qara dəniz sahilində genişmiqyaslı təhlükəsizlik tədbirləri görüb.

Hərbi təyinatlı olduğu ehtimal edilən PUA ilə əlaqədar aparılacaq texniki ekspertizadan sonra rəsmi açıqlama veriləcəyi gözlənilir.