Qardaş ölkə Türkiyədə dünən keçirlmiş prezident və parlament seçkilərinin nəticələrinə dair Ali Seçki Qurumunun sədri Əhməd Yenər son vəziyyəti bölüşüb.
Hafta.az-ın yazdığına görə, Yenər, son məlumatlara görə, Cümhur İttifaqının namizədi, prezident Rəcəb Tayyib Ərdoğanın 49,4 faiz, Millət İttifaqının namizədi, CXP lideri Kamal Kılıçdaroğlunun isə 44,9 faiz səs topladığını bildirib.
"Səhər saat 09:45-dən etibarən sistemimizə gələn məlumatları sizlərlə bölüşmək istəyirəm. Ölkədaxili 192214 seçki qutusundan 192187 qutu açılıb və 99 faiz sayılıb. Ölkədə açılmamış seçki qutularının sayı 27-dir” deyən YSK sədri xaricdə verilmiş səslərə də münasibət bildirib. Qeyd edib ki, xaricdə 9594 seçki qutusu var. Açılan seçki qutularının sayı 8065-dir. Xaricdə 1529 açılmamış seçki qutusu qalıb. Xaricdə açılan seçki qutularının nisbəti 84,06 faizdir.
Sədr nəticə olaraq bildirib kiŞ, son məlumatlara görə, Tayyib Ərdoğan yüzdə 49,40, Kamal Kılıçdaroğlu yüzdə 44,96, Sinan Oğan 5,2, Məhərrəm İncə 0,44 faiz səs toplayıb.
Məlumatların yenilənməsi prosesi davam edir.