Türkiyədəki zəlzələdən bir acı xəbər daha - BEŞƏMLƏRDƏN DÖRDÜ HƏYATINI İTİRDİ...

17:33 07.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kahramanmaraş da daxil Türkiyədə 2 zəlzələdə dağılan 10 şəhərdən acı xəbərlər gəlməyə davam edir. Hatayda bir mənzilin dağıntıları altından Hüseyn Huyluoğlu, həyat yoldaşı Merve Huyluoğlu və 4 balasının cansız cəsədləri çıxarılıb.

2020-ci ildə koronavirus epidemiyası səbəbilə 3 oğlan və 2 qız beşəmləri ilə Səudiyyə Ərəbistanında qapalı qalan Huyluğlu ailəsindən Hüseyn Huyluoğlu, həyat yoldaşı Merve Huyluoğlu və beşüzləri Nazirlik tərəfindən ölkəyə gətirilib.

Sözcü-nün xəbərinə görə; Hüseyn Huyluoğlunun ölüm xəbərini işlədiyi şirkət açıqlayıb. Sosial media hesabındakı paylaşımda bu ifadələr yer alıb: “Məkkəyə bələdçimiz Hüseyn Huyluoğlu Hatay zəlzələsində ailəsi ilə birlikdə dünyasını dəyişdi. Yalnız oğlu Məhəmməd sağ qalıb. Allah rəhmət eləsin, məkanları cənnət olsun, ailəsinə Allah səbr versin”.

17 il əvvəl işləmək üçün Səudiyyə Ərəbistanına gedən və turizm agentliyində çalışan Hataylı Hüseyn Huyluoğlu 2013-cü ildə Səudiyyə Ərəbistanında doğulub böyüyən Trabzonlu Merve Özerlə ailə həyatı qurub. 2016-cı ildə ilk qızlarını qucağına alan Huyluoğlu cütlüyü 2020-ci ilin mart ayında 3 oğlan, 2 qız dünyaya gətirib.

29 iyul 2020-ci il tarixində koronavirus epidemiyası səbəbiylə böyük çətinliklər yaşayan və beşəmlərin şəxsiyyət vəsiqələrini ala bilmədiyi üçün ölkədə qapalı qalan Huyluoğlu ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəyə gətirildi. Huyluoğlu ailəsi Türkiyəyə gəldikdən sonra Hatayda məskunlaşıb.

Oxunma sayı 949