Türkiyədə kənd təsərrüfatı sektorunun xarici satışları (İxrac) 2024-cü ilin ilk 9 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə yüzdə 3,8 artaraq 26,1 milyard dollara çatıb. Bu rəqəm bütün zamanların ən yüksək 9 aylıq kənd təsərrüfatı ixracını əks etdirir. Kənd təsərrüfatı sektoru rekord ixracatla bütün ixracda strukturunu yüzdə 15,7-ə yüksəldib.
Hafta.az-ın yazdığına görə, 26 milyard dolları aşan ixracat arasında ən çox xaricə satılan məhsul təzə meyvə-tərəvəz məhsulları olub. 9 ayda 2,4 milyard dollarlıq təzə meyvə-tərəvəz ixrac edilib.
Meyvə-tərəvəzdən istehsal olunan məhsulların ixracı 2 milyard dollara çatıb. Qurudulmuş meyvə məhsullarının ixracı 1,2 milyard dollara yüksəlib.
Türkiyənin ən çox kənd təsərrüfatı məhsulları ixrac etdiyi ölkələr siyahısında ilk iki yeri Rusiya və Almaniya tutub. Təzə meyvə-tərəvəz satışında Rusiya 583 milyon dollar, tərəvəz məhsulları ixracında ABŞ 312 milyon dollar, quru meyvə ixracında isə 160 milyon dollarla Almaniya birinci olub. Ən çox kənd təsərrüfatı məhsulu ixrac edən ölkələr Mersin, İstanbul və İzmirdir.