Yazını böyüt
Yazını kiçilt
Qardaş ölkə Türkiyə müdafiə sənayesində daha bir uğura imza atıb. “Roket Sanayi ve Ticaret A.Ş.” (ROKETSAN) tərəfindən hazırlanan “Tayfun” yerli raketi Rizədə sınaqdan keçirilib.
Hafta.az-ın yazdığına görə, qurudan dənizə uzun məsafədən atışda "Tayfun" 561 kilometr uzaqlıqdakı hədəfi uğurla vurub.
Uğurlu atış Müdafiə Sənayesi Rəyasət Heyətinin “Tayfun Raket Sisteminin İnkişafı Layihəsi” çərçivəsində həyata keçirilib. Səhər saat 06.50-də Rizə - Artvin Hava Limanında Milli Müdafiə Nazirliyinin apronunda qurudan dənizə uzaq mənzilli atışla “Tayfun” yerli raketi Sinop dənizinə atılıb. Raket 561 kilometr məsafədəki hədəfi 458 saniyəyə uğurla vurub.