Türkiyə ilin 8 aylıq dövründə 36 milyon 754 min 146 ziyarətçi qəbul edib. Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına görə, bu ilin sentyabr ayına qədər Türkiyəyə 33 milyon 426 min 940 əcnəbi, 3 milyon 327 min 206 nəfər isə xaricdə yaşayan türk əsilli vətəndaş səfər edib.
Hafta.az-ın yazdığına görə, ötən ilin eyni dövrü ilə müqayisədə 8 ay ərzində Türkiyəyə gələn xarici ziyarətçilərin sayında 13,95 faiz artım olub.
Bu dövrdə Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında əvvəlki ilin eyni dövrünə görə Rusiya 44,84 faiz və ya 4 milyon 351 min 254 nəfər artımla birinci, Almaniya isə 6,03 faiz artımla 4 milyon 82 min 994 nəfərlə ikinci, İngiltərə isə 12,36 faiz artımla 2 milyon 652 min 188 nəfərlə üçüncü olub. Bu ölkələri müvafiq olaraq Bolqarıstan və İran izləyib.
Avqust ayında Türkiyəyə gələn xarici ziyarətçilərin sayı ötən ilin eyni ayına görə yüzdə 5,65 artaraq 6 milyon 660 min 700 olub.
Avqust ayında ən çox ziyarətçi göndərən ölkələr siyahısında Almaniya, əvvəlki ilin eyni ayına görə yüzdə 1,52 artımla 871 min 270 nəfərlə birinci, Rusiya isə 5,68 faiz artımla 852 min 640 nəfərlə ikinci olub. Avqustda 6,96 faiz artımla 588 min 448 nəfər göndərən İngiltərə üçüncü sırada yer alıb. Sıralamanı İran və Polşa izləyib.