Üçüncü Dünya Müharibəsi olmayacaq - Zelenski

21:31 11.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenski Qızıl Qlobus Film Mükafatlarının qonaqları ilə videobağlantı vasitəsilə danışıb və III Dünya Müharibəsi olmayacağını deyib. Bu barədə Variety məlumat yayıb.

Zelenskini ötən ilin noyabrında Kiyevdə Ukrayna prezidenti ilə görüşən aktyor və rejissor Sean Penn təqdim edib.

Zelenski çıxışında qeyd edib ki, Qızıl Qlobus 1944-cü ildə, İkinci Dünya Müharibəsinin hələ bitmədiyi bir vaxtda peyda olub, lakin onun nəticəsini proqnozlaşdırmaq olar.

O bildirib ki, 2023-cü ildə Ukrayna böhranı davam edəcək, "lakin vəziyyət dəyişir".

“Hələ döyüşlər və göz yaşları var, amma indi də əminliklə deyə bilərəm ki, keçən ilin ən yaxşısı sizsiniz. Azad dünyanın azad insanları. Azad Ukrayna xalqının dəstəyi ətrafında birləşənlər. “Üçüncü dünya müharibəsi olmayacaq, bu trilogiya deyil”, - Ukrayna prezidenti bildirib.