Ukrayna 160 ton buğdanın yerə tökülməsinə görə Polşadan izahat tələb etdi

09:05 28.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Aleksandr Kubrakov X hesabındakı paylaşımında Polşa üzərindən müxtəlif ölkələrə göndərilməsi planlaşdırılan 160 ton Ukrayna taxılının bu ölkdəki qatar stansiyasında yerə töküldüyünü bildirib.

Hafta.az-ın yazdığına görə, yerə tökülən taxılları əks etdirən fotoları da paylaşan Kübrakov, "Bu, Polşa vağzallarında 4-cü vandalizm, 4-cü cəzasızlıq və məsuliyyətsizlik hadisəsidir" deyib.

Polşada Ukrayna taxılına zərər verənlərin müəyyən edilərək cəzalandırılması lazım olduğunu bildirən Kubratov, "İki dost və sivil Avropa ölkəsi bu məsələdə maraqlıdır. Bu cür planlaşdırılan nümayiş videoları və şərhlərin Rusiyanın hibrid müharibəsi ilə oxşar cəhətləri var" deyə xəbərdarlıq edib.

Ukrayna taxılına zərər vuranların cəzalandırılması tələbi ilə Polşa tərəfinə müvafiq notanın göndərildiyini deyən Kubratov Polşa Daxili İşlər Nazirliyinin hadisə yerində araşdırmalar apardığını bildirib.

Polşalı fermerlər Ukrayna taxılının həm öz ölkələrinə, həm də digər Avropa dövlətlərinə göndərildiyi üçün taxıllarını sata bilmədiklərini əsas gətirərək aksiyaya başlayıblar. Traktorları ilə Ukrayna sərhədini bağlayan fermerlər taxılı qatar vaqonlarından yerə boşaldıblar.

Siyasət rubrikasından digər xəbərlər