Ukrayna Rusiyanın 2 “B-12” amfibiya təyyarəsini yandırdı - TARİXDƏ İLK DƏFƏ

10:50 22.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müvəqqəti olaraq işğal olunmuş Krımda Ukrayna Müdafiə Qüvvələri tarixdə ilk dəfə Rusiyaya məxsus iki nadir "Be-12 Çayka" amfibiya təyyarəsini yandırıb.

Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, təyyarə dünən, sentyabrın 21-də vurulub.

"Müvəqqəti olaraq işğal olunmuş Krımda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) "Kabuslar" adlanan iki xüsusi təyinatlıları Rusiyanın iki "Be-12 Çayka" sualtı qayıq əleyhinə amfibiya təyyarəsini məhv edib. Bu, ilk dəfədir ki, "Be-12" məhv edilib", - kəşfiyyat agentliyi qeyd edib.

Qeyd olunur ki, "Be-12- Çayka" amfibiya təyyarəsi sualtı qayıqların aşkarlanması və cəlb edilməsi üçün qiymətli avadanlıqla təchiz edilib. Krıma basqın zamanı düşmənin iki "Be-12" təyyarəsi ilə yanaşı, BKİ “Kabuslar”ı rus işğalçılarına məxsus daha bir çoxməqsədli "Mi-8" helikopterini də məhv edib.

“Be-12 -Çayka" - bu barədə nə məlumdur?

“Be-12 -Çayka" sualtı qayıq əleyhinə amfibiya təyyarəsidir. Təyyarə ilk uçuşunu 1960-cı ilin oktyabrında etdi və üç il sonra Dəniz Aviasiyasının xidmətinə girib. "Beriyev" dizayn bürosunda hazırlanmışdır. Amfibiya təyyarəsi düşmən sualtı qayıqlarını axtarmağa və vurmağa imkan verən bir sıra hədəf avadanlıqları ilə təchiz edilmişdir.

Xidmət etdiyi müddətdə "Be-12" təyyarəsi 46 dünya rekordu qırıb. Açıq mənbələrə görə, bəzi "Be-12" təyyarələri idarə olunmayan paraşüt bombası olan "5F48" sualtı nüvə başlığını daşımaq üçün modernizə olunub. Təyyarənin bu versiyası "Be-12SK" olaraq təyin edilib. Daha sonra təyyarədə daha təkmil sursatlar daşına bilib.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, 2023-cü ilin əvvəlində Rusiya Hərbi Dəniz Qüvvələrinin 6 "Be-12PS" amfibiya təyyarəsi xidmətdədir.

Sultan Laçın