Ukraynadan Türkiyəyə böyük jest: günəbaxan yağını 25 faiz ucuzlaşdırdılar 

10:20 19.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya tərəfindən müharibəyə məruz qalan Ukrayna bu çətin zamanda ona dəstək verən ölkələrə qarşılıq verməkdədir.

Hafta.az-ın yazdığına görə, Ukrayna tərəfi Türkiyəyə strateji məhsullardan sayılan günəbaxan yağını 25 faiz aşağı qiymətlə satmağı təklif edib. Bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Vahid Kirişci məlumat verib. "Sadəcə Ukraynanın əlində 27,5 milyon ton ixrac məhsulu var. Bura qarğıdalı, günəbaxan tumu, eləcə də günəbaxan yağı, soya kimi məhsullar daxildir. Bilirsiniz, bu gün Türkiyədə günəbaxan yağı problemi yaşanır, fürsətçilər məhsulun qiymətini qaldırmaqla daha çox qazanmağa çalışırlar. Ukrayna tərəfi bu yağı bizə adi satış qiymətindən 25 faiz ucuz təklif edir - bu bizə böyük fürsətdir" deyən nazir əlavə edib ki, Türkiyə Rusiyadan da yağ alır. amma indi bölgədə müharibə gedir deyə, bir az sıxıntı yaşanır. Odur ki, Kiyevin təklifini dəyərləndirmək lazımdır.