Ukraynalıların əksəriyyəti səfərbərlikdən yayınır

15:08 23.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milyonlarla ukraynalı ölkədə aparılan səfərbərlikdən yayınır.

Hafta.az xəbər verir ki, bunu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbəri Kirill Budanov “Общественное. Новости” nəşrinin “Telegram” kanalında dərc edilmiş videoda bəyan edib:

“Dəhşətli bir həqiqət var. Bizdə milyonlarla insan səfərbərlikdən yayınır. Nədənsə heç kim bu barədə danışmaq istəmir”.

Budanov Ukrayna Silahlı Qüvvələrinin bölmələrini komplektləşdirmək üçün səfərbərliyin davam etdirilməli olduğunu bildirib:

“Bütün könüllülər çoxdan öz istəkləri ilə gəliblər, amma insanlar lazımdır. İnsan olmasa, cəbhə olmayacaq, cəbhə çökəcək, Ukrayna olmayacaq”.