Yazını böyüt
Yazını kiçilt
2024-cü ildə Ukrayna hökumətinin xərclərinin proqnozlaşdırılan həcmi 8,18 trilyon qrivnadan çox və ya ümumi daxili məhsulun 104,6%-ni təşkil edəcək.
Bu barədə Nazirlər Kabinetinin parlamentin müzakirəsinə təqdim etdiyi Ukraynanın gələn il dövlət büdcəsi layihəsinə izahat yazısında deyilir. Eyni zamanda, hökumət qeyd edir ki, 2023-cü ildə dövlət borclanması strukturu və 2024-cü ildə proqnozlaşdırılan borclanma nəzərə alınmaqla, 2024-cü ilin sonunda dövlət daxili borcunun xüsusi çəkisi dövlət borcunun həcminin 20%-ni təşkil edəcək.