Ulduz futbolçular çağırılmadılar

11:25 26.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti futbol üzrə DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində keçiriləcək oyunlar üçün heyəti müəyyənləşdirib.

Hafta.az xəbər verir ki, qapı xətti Alisson Bekker, Bento və Hüqo Souzaya əmanət ediləcək. Təcrübəli mütəxəssis müdafiə xəttində Aleksandro, Kayu Enrike, Fabrisiu Bruno, Vanderson, Qabriyel Maqalyaeş, Markinyosa güvənəcək. Yarımmüdafiədə isə Bruno Quimaraeş, Andrey, Kazemiro, Joelinton və Lukas Paketaya şans veriləcək.

Karlo Ançelotti hücum xətti üçün Vinisius Junior və Rodriqoya şans verməyib. Onların əvəzində isə Estevau, Kayu Jorje, Mateus Kunya, Rafinya, Rişarlisson, Juao Pedro, Luis Enrike, Qabriyel Martinelli iştirak ərizəsinə daxil ediliblər.