Yay fəsli yavaş-yavaş başa çatır. Bu da o deməkdir ki, insanlar istirahəti başa vuraraq öz fəaliyyət sahələrinə qayıdırlar.
Hafta.az-ın yazdığına görə, bu baxımdan dünyaşöhrətli qadın ulduzların tətil dövrünün sonunda necə istirahət etdiyini bilmək maraqlı olardı.
Bir neçəsi haqda qısa məlumat verək:

Medellin Petz
Medellin gələn payız mövsümünə təkcə ruhi dincliyi ilə deyil, həm də xarici görünüşü ilə hazırdır. Ulduz yeni makiyajı ilə görünüşündə bəzi dəyişikliklər etmək qərarına gəlib.

Sidney Sviney
Sidney ən romantik şəhərlərdən olan Parisdən səmimi salamlar göndərir. Amerikalı aktrisa Fransanın ən maraqlı yerlərində gəzərkən çəkdirdiyi şəkilləri izləyiciləri ilə bölüşüb.

Cessika Alba
Aktrisa sülh və əmin-amanlığın hökm sürdüyü təbiətdə vaxt keçirməyi xoşlayır. O, bu dəfə İnstaqram səhifəsində şəlalələrdə və yaşıl parklarda gəzinti və qolf oynayan şəkillərini də yerləşdirib.

Dua Lipa
Müğənni heç zaman vaxt itirmir. O, həmişə boş vaxtlarında kitab oxumağa öyrəşib.

İzabel Gular
Son günlər İzabel sosial şəbəkələrində əsasən isti ölkələrdə əylənərək çəkdirdiyi fotolarını paylaşıb. Yay fəslinin arxada qalması ulduzun əhval-ruhiyyəsində aydın şəkildə əks olunub.

Kendall Kenner
Yay öyrənmə və kəşf vaxtıdır, ona görə də Kenner öz üfüqlərini genişləndirmək və dulusçuluğu öyrənmək qərarına gəlib. Bundan əlavə, Kendall at sürməyi çox sevir.

Emilia Klark
Emilia Klark İtaliyaya səfər edib. Qədim memarlıq nümunələri ilə zəngin olan ölkə onda böyük təəssürat yaradıb.
Klark ekstremal yarışları da sınayıb. Aktrisanın təbəssümü müsbət vibeslə doludur.

İrina Şeyk
Yay tətilində məşhur model təbiət qoynunda dincəlib.

Kordin Vuds
Bir çox ulduz İtaliyada istirahət edərkən, Kordin Vuds Yaponiya mədəniyyəti ilə tanış olur.

Şakira
Müğənni hətta yayda da işləməkdən çəkinməyib. Hamı istirahət edərkən Şakira yeni layihələr üzərində çalışır.