Universitet müəllimi vəfat edib

17:48 19.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Üzvi kimya kafedrasının dosenti Arif İdris oğlu İsmiyev vəfat edib.

BDU-dan hafta.az-a verilən məlumata görə, 56 yaşında dünyasını dəyişən Arif İsmiyev 1982-1989-cu illərdə BDU-nun Kimya fakültəsində təhsil alıb. 2006-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamışdı.

Allah rəhmət eləsin!