Uruqvaylı futbolçu "Qalatasaray"da

23:00 06.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Leyptsiq"in futbolçusu Marselo Saraççinin "Qalatasaray"a keçidi rəsmiləşib.

Hafta.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, uruqvaylı sol cinah müdafiəçisi 1.5 il müddətinə icarə əsasında "Cim-Bom"da çıxış edəcək. "Qalatasaray" Almaniya təmsilçisinə 500 min avro icarə haqqı ödəyəcək.

Qeyd edək ki, M.Saraççi yeni klubunda ümumilikdə 2 milyon 500 min avro qazanacaq.