Ustanı elektrik vurub öldürdü

22:20 19.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

Hafta.az xəbər verir ki, hadisə rayon ərazisindəki elektrik yarımstansiyalarından birində qeydə alınıb.

Belə ki, yarımstansiyanın işçisi, 1959-cu il təvəllüdlü Nəsir Yusif oğlu Yusifov 3 saylı 10 kilovoltluq qapalı paylayıcı qurğuda işləyərkən dünyasını dəyişib. İlkin ehtimala görə, ustanın ölümünə elektrik cərəyanı vurması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.