Vardanyanı Britaniya kralı III Çarlzla nə birləşdirir?

11:56 11.05.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Bu yaxınlarda xəbər vermişdik ki, Ruben Vardanyanın adı ilə bağlı olan Ermənistanın “Aprelu Yerkir” partiyası siyasi meydanda əsasən Qərb yönümlü siyasi qüvvə kimi mövqe tutur. Bu baxımdan bizə diqqətəlayiq detallar məlum olub. Xüsusilə, əldə etdiyimiz məlumatlara görə, bu Rusiya iş adamı kimi Vardanyan hələ Qarabağa köçməzdən əvvəl Rusiyada Qərblə kifayət qədər sıx əlaqələri olan qanadın əsas nümayəndələrindən biri hesab olunub”.

Hafta.az xəbər verir ki,  bunu Ermənistanın “Fakt” gündəlik nəşri yazır.

“Mənbələrimizə görə, Vardanyanın Britaniya kral ailəsi və xüsusilə bu günlərdə tacqoyma mərasimi keçirilən kral III Çarlz ilə xüsusilə yaxın münasibəti var. Və ümumiyyətlə, kral ailəsi ilə sıx əlaqələrin olması özlüyündə Qərb dünyası üçün bir növ kart-blanş deməkdir. Bir çox ekspertlər Artsaxın(Qarabağdakı separatçı-terrorçu rejimin-S.L.) dövlət naziri(qondarma-S.L.) təyin edildikdən sonra Qərbin aparıcı KİV-inin mütəmadi olaraq Vardanyanla müsahibələr təşkil etməsini təsadüfi hesab etmirlər ki, bu da Artsax məsələsinin daim beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasına imkan verir.

Məhz ona görə də “Aprelu Yerkir” ” partiyası Ermənistanın siyasi meydanında qərb “tərəfində” “yerləşib”. Bizdə olan məlumata görə, Rusiya bütün bunlardan o qədər də narahat deyil. Digər tərəfdən, onlar Vardanyanın unikal körpü ola biləcəyini başa düşürlər: həm Qərbdəki əlaqələr, həm də regionda təsir rıçaqlarından istifadə nöqteyi-nəzərindən Ruben Vardanyanın Qərb oriyentasiyasına daha anlayışla yanaşırlar”, - deyə erməni qəzeti əlavə edir.

Siyasət rubrikasından digər xəbərlər