Yazını böyüt
Yazını kiçilt
Ukrayna rəsmiləri ABŞ-dan raket zərbələri üçün koordinatlar aldıqlarını bildiriblər. “The Washington Post” yazır.
Qəzet qeyd edir ki, eyni zamanda, Ukrayna hakimiyyəti zərbələr üçün hədəfləri özləri seçirlər.
ABŞ prezident administrasiyasındakı qəzet mənbəsi bu məlumatları təsdiqləyib. Yüksək rütbəli Ukrayna rəsmisi əlavə edib ki, Ukrayna qüvvələri ABŞ hərbçiləri tərəfindən verilən xüsusi koordinatlar olmadan demək olar ki, heç vaxt raket atmır.