Vens: ABŞ İrana belə bir vəd verməyib

08:59 09.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerika Birləşmiş Ştatları (ABŞ) İrana Livanın atəşkəsə daxil edilməsi ilə bağlı heç bir vəd verməyib.

Hafta.az xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Macarıstanın paytaxtı Budapeştdə jurnalistlərə bildirib.

O, bu məsələ ilə əlaqədar iki tərəf arasında anlaşılmazlığın olduğunu iddia edib:

”Düşünürəm ki, iranlılar atəşkəsin Livana şamil olunduğunu fikirləşirdilər, amma belə deyil”.

Vitse-prezident atəşkəsin İrana, ABŞ-nin müttəfiqlərinə, İsrailə və Körfəz dövlətlərinə şamil ediləcəyinin bildirildiyini diqqətə çatdırıb.