Vəzifəli şəxs koronavirusdan vəfat etdi

11:17 07.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərişıq" ASC-nin Texniki departamentinin baş mühəndisinin müavini Əbülfət Paşayev vəfat edib.

Hafta.az Day.Az-a istinadən xəbər verir ki, Ə.Paşayevin koronavirusdan vəfat etdiyi deyilir.

Qeyd edək ki, mərhum bir müddət əvvəl "Cənub" Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi olub.