Viktor Orban: “Rusiya hamımızı məğlub etdi”

10:20 13.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Macarıstanın baş naziri Viktor Orban Budapeştdə keçirilən Aİ Parlament sədrlərinin konfransında çıxış edib. Avropa Parlamentinin sədri Roberta Metsolanın da iştirak etdiyi toplantıda danışan Orban, Avropa İttifaqının Ukrayna müharibəsi ilə əlaqədar tətbiq etdiyi sanksiyaların əks nəticə verdiyini, bunun Aİ-nin iqtisadi rəqabət qabiliyyətini zəiflətdiyini və blokda parçalanmaların dərinləşdiyini bildirib.

Hafta.az-ın yazdığına görə, Avropanın ucuz rus enerjisi və qabaqcıl alman texnologiyasına əsaslanan iqtisadi modelinin çökdüyünü bildirən Orban, "Köhnə strategiyadan imtina etdik, lakin onu heç nə ilə əvəz etmədik" deyib.

Rusiyanı diz çökdürmək məqsədinin iflasa uğradığını, sanksiyaların öz məqsədinə çatmadığını və Rusiyanın Ukraynanın NATO-ya üzvlük hədəfinə mane olduğunu bildirən Orban, "Kimsə bunu etiraf etməyə cürət etmir, amma biz bu müharibəni uduzduq. Biz avropalılar hələ də müharibəni davam etdiririk və qalib gələ biləcəyimizi iddia edirik" deyib.

Avropa Komissiyasının Rusiya qazından asılılığı sıfıra endirmək layihəsinə toxunan Orban bu təklifin Macarıstan iqtisadiyyatını faktiki olaraq öldürəcəyini bildirib. "Təsəvvür edin ki, enerji qiymətləri ev təsərrüfatları və biznes üçün ikiqat artıb. Macarıstan ailələri bunu ödəyə bilməz", - Orban deyib.

Orban macarların sülh və sanksiya siyasətindən bir an əvvəl qurtulmaq istədiklərini vurğulayıb.