“Təəssüflər olsun ki, bəzi müxalifətçilər müvəqqəti istintaq komissiyasının iclasına gəlib suallara cavab vermək əvəzinə girovpulu ödəmək üçün həbsxanaya düşməyə üstünlük verirlər”.
Hafta.az-ın yazdığına görə, bunu parlament çoxluğunun üzvü Vladimer Bojadze bildirib.
"Caparidze – Xazaradze işi təəssüf doğurur. Bu şəxslərə ünvanlanan suallar onların bizneslə məşğul olduqları dövrə aiddir. Yəni, TBC Bank, Adeişvili prokurorluğunun daha sonra tələb etdiyi konkret biznesmenlərə kreditlər ayırıbmış", - deputat deyib.
“Girova gəlincə, girov pulunu ödəməyib, məsuliyyətə cəlb olunan bircə fakt var. Nika Meliyanın girov ödəməyəcəyi ilə bağlı kobud səhvini xatırlayırıq, amma o, pulu ödəyib parlamentə daxil olub. Qanuna tabe olmaq daha yaxşıdır. Siyasətçi olmaq iddiasında olanda və hakimiyyətə gəlmək istəyəndə qanunlara hörmət etməlisən. Əminəm ki, onlar bu girovu da ödəyəcəklər", - Bojadze bildirib.