Voleybol üzrə Azərbaycan çempionatı dayandırıldı

15:50 04.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb.

Hafta.az-ın məlumatına görə, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb. Təxirə salınmış oyunların təşkili vaxtı hələ dəqiqləşməyib.