“WhatsApp”da daha bir yenilik

10:13 19.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“WhatsApp” daha bir yeniliyin tətbiqinə hazırlaşır.

 

Hafta.az xarici KİV-lərə sitinadən xəbər verir ki, mesencer “son görülmə” statusunu artıq müəyyən edilmiş kontaktlardan gizlətməyə imkan verən yeni seçimi sınaqdan keçirir.

 

Hazırda “beta” versiyasında olan yenilik istifadəçilərin əksəriyyətinin çoxdankı arzusudur. Bu yeniləmə həm də profil şəklini və “Haqqımda” bölməsini müəyyən kontaktlardan gizlətməyə imkan verir. Bunun üçün “Parametrlər” > “Hesab” > “Məxfilik” > “...dan başqa kontaktlarım” bölmələrindən keçilməli və adlar qeyd edilməlidir.