Xaçmazda 3 avtomobil toqquşub

08:49 14.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmazda zəncirvari yol qəzası baş verib.

Hafta.az xəbər verir ki, hadisə Gəndob - Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı VAZ-2107, "Toyota" və "Priora" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində VAZ-2107-də olan sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.