Xankəndi ərazisində 6 silah aşkarlandı

10:39 17.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 16-da Xankəndi şəhəri ərazisində 6 silah aşkarlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 5 ədəd avtomat silahı, 4 ədəd qumbara, 1 tüfəng, 34 ədəd patron darağı, 1774 ədəd patron və digər sursatlar aşkar olunaraq götürülüb.