Xətaidə evlərdən oğurluq edən şəxs saxlanılıb

16:29 18.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Xətai rayonunda evlərdən silsilə oğurluqlar edilib.

DİN-in Mətbuat xidmətindən Hafta.az-a verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək evlərindən məişət əşyalarının talandığını bildiriblər.

 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş B.Bayramov saxlanılıb. Ondan həmçinin psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırmalar davam etdirilir.